Bazar, 20 İyul 2025

ChatGPT Microsoft Office tətbiqlərini əvəz edə biləcək

OpenAI ChatGPT üçün böyük bir yeniləmə hazırlayır. Bu yeniləmə çat-botun Excel (.xlsx) və PowerPoint (.pptx) kimi ofis faylları ilə birbaşa işləməsinə imkan verəcək. İstifadəçilər artıq cədvəlləri və təqdimatları birbaşa çat pəncərəsində yarada və redaktə edə biləcəklər - Microsoft Office və ya Google Docs kimi əlavə xidmətləri işə salmağa ehtiyac qalmayacaq. İndiyədək ChatGPT yalnız cədvəl və slaydların mətn versiyalarını yarada bilirdi və bunlar sonradan fərdi şəkildə redaktə olunmalı olurdu. Lakin məlumata görə, OpenAI artıq Microsoft formatları üçün daxili dəstəyi test edir.
Bu o deməkdir ki, təkcə məlumat və mətn toplamaqla kifayətlənməyəcək, həm də formulalar, struktur, vizual elementlər və istənilən formatda ixrac funksiyası ilə tam formatlı sənədlər yaratmaq mümkün olacaq. Ardını oxu...

Çat-botla ünsiyyət insan leksikonunu dəyişir

ChatGPT və digər süni zəka əsaslı çat-botlar dünyanı dəyişir və bu, müasir insanın danışıq tərzinə də təsir göstərir. Bu nəticəyə alman alimlər son araşdırmalarında gəliblər. Onlar dil və mədəni müxtəlifliyin itməsi təhlükəsi barədə xəbərdarlıq ediblər. Maks Plank İnsan İnkişafı İnstitutundan olan tədqiqatçılar qrupu araşdırmanın ilkin, rəy verilməmiş versiyasını dərc ediblər. Onlar müəyyən ediblər ki, ChatGPT tərəfindən tez-tez istifadə olunan sözlər 2022-ci ildə bu məşhur süni zəka çat-botu ortaya çıxandan bəri insan nitqində də daha çox istifadə olunmağa başlayıb.

Ardını oxu...

ChatGPT daxilində onlayn alış-veriş mümkün olacaq

OpenAI ChatGPT-də istifadəçilərə müxtəlif məhsulları birbaşa platforma üzərindən almağa imkan verəcək bir sistem tətbiq etməyi planlaşdırır. Bu sistem vasitəsilə sifarişləri birbaşa internet mağazalarının saytlarına keçid etmədən rəsmiləşdirmək mümkün olacaq. ChatGPT üzərindən sifariş qəbul edən satıcılar hər əməliyyat üçün OpenAI-ya komissiya ödəyəcəklər. Məlumata  görə, bu yanaşma OpenAI-nin yeni monetizasiya strategiyasının bir hissəsidir. Şirkət indiyədək əsasən premium abunəliklər vasitəsilə gəlir əldə edirdi.

Ardını oxu...

Uşaqlar və yeniyetmələr daha çox süni zəka ilə ünsiyyətə üstünlük verirlər

Qeyri-kommersiya təşkilatı olan Internet Matters tərəfindən yayımlanmış son hesabatda qeyd olunur ki, uşaqlar və yeniyetmələr arasında ChatGPT, Character.AI və MyAI kimi böyük dil modellərindən dostluğu və ünsiyyəti təqlid etmək məqsədilə istifadə halları sürətlə artır. Bu hal tədqiqatçıların və valideynlərin diqqətini cəlb edir, çünki gənclərin sosial münasibətləri və psixi sağlamlığı ilə bağlı mühüm aspektlərə təsir göstərir. 9-17 yaş arası 1000 uşaq arasında aparılmış araşdırmada müəyyən edilib ki, respondentlərin təxminən 67%-i süni zəkaya əsaslanan çat-botlardan mütəmadi istifadə edir.

Ardını oxu...

Apple klaviatura düymələrindən siçan düzəldəcək!

Apple-ın əldə etdiyi yeni patent klaviatura və siçan konseptini tək parçada birləşdirməyi hədəfləyir. Bu yeni sistemdə klaviaturadakı düymə çıxarıla və siçan kimi istifadə edilə bilər. Şirkətin yeni patentinə əsasən, klaviaturadakı açarı çıxarıb kiçik siçan kimi istifadə etmək olar. MacBook-larda biz həm açar, həm də siçan kimi fəaliyyət göstərən xüsusi düyməni görəcəyik. Apple-ın “Deployable Key Mouse” adlandırdığı bu sistem klaviaturadakı adi düyməni çıxarıb kiçik siçana çevirmək məntiqinə əsaslanır. Mövqe sensoru olan bu düymə kursoru masanın üzərində hərəkət etdirərək idarə etməyə imkan verəcək.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1698211
Bu gün
Bu həftə
Bu ay
Ümumi
455
9598
31066
1698211
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.