Bazar, 20 İyul 2025

Google elan etdi: ChromeOS və Android birləşir!

Şirkətin Android Ekosisteminin rəhbəri Sameer Samat Android və ChromeOS əməliyyat sistemlərinin vahid platforma altında birləşdiriləcəyini açıqlayıb. Beləliklə, ABŞ mərkəzli Google nəhayət gözlənilən elanı edərək ChromeOS və Android sistemlərinin birləşməsini açıqlayaraq bütün diqqətləri öz üzərinə cəlb edib. Təfərrüatlar hələ dəqiqləşdirilməyib, lakin yeni inkişaf şirkətin funksiyaların inkişaf etdirilməsi prosesini əhəmiyyətli dərəcədə surətləndirə bilir.

 Mobil, geyilə bilən cihazlar, XR, TV və avtomobillərdə Android proqramlarına cavabdeh olan Samat, Android və ChromeOS-u birləşdirəcəklərini rəsmi olaraq təsdiqləyib. Samat bu birləşmənin istifadəçi təcrübəsinə necə təsir edəcəyini açıqlamasa da, masaüstü və planşet istifadə vərdişlərinin bu prosesi formalaşdıracağını bildirib.

Xatırladaq ki, Google Android-i masaüstü cihazlara uyğun funksiyalarla təchiz etməyə davam edir. Buna görə də, Android və ChromeOS arasındakı ümumi zəmin, xüsusilə proqram strategiyasında əhəmiyyətli bir mərhələdir. Bundan əlavə, bir dam altında birləşdirilən iki platforma Apple ekosisteminə güclü alternativ ola bilər. Ancaq təfərrüatlar üçün bir az daha gözləməliyik.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1698492
Bu gün
Bu həftə
Bu ay
Ümumi
736
9879
31347
1698492
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.