Bazar, 20 İyul 2025

Zəlzələ olmamışdan əvvəl smartfonunuza bildiriş gələcək - Google'dan yeni tətbiq

 

Google, Android cihazlarından istifadə edərək zəlzələ xəbərdarlığı sisteminin üzərində işləyir.

Google bahalı seysmometrləri Android ilə işləyən qurğularla əvəz etmək istəyir - smartfonlara quraşdırılmış akselerometrlər seysmik vibrasiyaya çox həssasdır - zəlzələ episentrindən ən zəif, birinci və ikinci, güclü dalğaları tanıya bilirlər.

 Öz alqoritmlərdən istifadə edərək, Google minlərlə cihazdan məlumat toplayacaq, onu emal edəcək və zəlzələnin həqiqətən baş verdiyinə əmin olduqdan sonra istifadəçilər xəbərdarlıq alacaqlar.

 Bundan əlavə, Google daha da əmin olmaq üçün istifadəçilərin zəlzələ ilə bağlı yerli axtarışlarını izləyərək zəlzələnin həqiqətən baş verdiyini öyrənəcək. 

Google-un smartfonlardakı məlumatlara əsaslanan seysmik sistemi nə zaman işə salınacağı hələlik bildirilmir.

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1698804
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1048
10191
31659
1698804
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.