Çərşənbə, 23 İyul 2025

Microsoft Bing Chat-ın adını Copilot ilə əvəzləyib

Microsoft şirkəti süni zəka əsaslı çat-botunun Bing Chat adlanmasından imtina edib onu Microsoft Copilot ilə əvəzləyib. Qeyd etmək lazımdır ki, Bing Chat bu ilin əvvəlində Bing brauzerindəki axtarış nəticələrinə inteqrasiya edilmişdi. Bundan sonra axtarış nəticələrindəki çat-bot Copilot adlanacaq. Şirkət Copilot-un pulsuz versiyasını ChatGPT-nin alternativi kimi qələmə verir. Microsoft 365 üçün nəzərdə tutulmuş ödənişli Copilot isə öz növbəsində biznes həlləri üçün nəzərdə tutulub. Ardını oxu...

Threads hesabının silinməsi ilə bağlı vacib funksiya istifadəyə verilib

Meta şirkətinin tərtibatçıları X-in (keçmiş Twitter) analoqu olan Threads-i təkmilləşdirməyə davam edirlər. Bu dəfə Threads-ə istifadəçilər tərəfindən çoxdan gözlənilən funksiya əlavə edilib. Söhbət, Instagram hesabını silmədən Threads hesabının silinməsi funksiyasından gedir. Instagram-ın rəhbəri Adam Mosseri-nin sözlərinə əsasən bu funksiya Threads-də profilin silinməsi və ya deaktiv edilməsi bölməsinə inteqrasiya edilib. Funksiya tədricən Threads istifadəçiləri arasında istifadəyə verilir.

 

 

Gələn aydan Whatsapp fayllarının ehtiyat kopyaları Google Drive-da yaddaş yeri tutmağa başlayacaqlar

Son 5 ildə Whatsapp-ın Android versiyasının istifadəçiləri Google Drive-da öz fayllarının ehtiyat kopyalarını pulsuz şəkildə saxlaya bilirdilər. Bura həmçinin foto və videolar da daxil idi. Belə ki, sözügedən fayllar sadəcə olaraq Google Drive-da yaddaş yeri tutmurdular. Lakin Google və Whatsapp elan edib ki, artıq gələn aydan başlayaraq Whatsapp-ın Android versiyası istifadəçilərinin sahib olduqları faylların ehtiyat kopyaları Google Drive-da müəyyən yaddaş yerini tutmağa başlayacaqlar. Bu, istifadəçilərin Google Drive-da istifadə etdikləri tarif planının növündən asılı olmayaraq reallaşacaq.

Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq

Instagram yaxın dostlar (Close Friends) funksiyasının imkanlarını genişləndirmək qərarına gəlib. Belə ki, bu funksiyaya postların və Reels videoların paylaşılması daxil edilib. Beləliklə bundan sonra istifadəçilər öz postlarını və Reels videolarını yalnız yaxın dostları üçün paylaşa biləcəklər. Qeyd etmək lazımdır ki, bu funksiya may ayından hazırlanma prosesində idi. İndi isə onun Instagram istifadəçiləri arasında tədricən istifadəyə verilməsinə start verilib. Yeni funksiya vasitəsilə istifadəçilər öz paylaşımlarına baxışları yalnız yaxın dostları arasında məhdudlaşdıra biləcəklər. Sadəcə olaraq paylaşımı hazırlayan zaman auditoriya olaraq yaxın dostları seçmək kifayət edəcək.

iOS 18 generativ süni zəka funksiyasını əldə edəcək

Bloomberg saytının məşhur insayderi Mark Gurman iOS 18 barəsində ilk məlumatları təqdim edib. Onun sözlərinə əsasən gələn il təqdim olunacaq iPhone 16 smartfonları öz texniki göstəriciləri baxımından demək olar iPhone 15 smartfonlarına bənzəyəcəkləri səbəbilə Apple yeni smartfonlarda öz əsas diqqətini proqram təminatı səviyyəsində olacaq yeniliklərə ayıracaq. İnsayderin sözlərinə əsasən iOS 18-in əsas fərqləndirici özəlliklərindən biri generativ süni zəka funksiyası olacaq.
İnsayder bu barədə ətraflı məlumat verməsə də qeyd edib ki, şirkət daxilində iOS 18 iddialı və cəlbedici kimi xarakterizə olunur. Şirkət yeni əməliyyat sisteminin stabilliyinə xüsusi diqqət ayıracaq. Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1702674
Bu gün
Bu həftə
Bu ay
Ümumi
1071
4918
35529
1702674
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.