Bazar ertəsi, 21 İyul 2025

Samsung şirkəti Galaxy S21 smartfon seriyasının təqdimat tarixini elan edib

Samsung şirkəti rəsmi şəkildə Galaxy Unpacked 2021 tədbirinin keçirilmə tarixini elan edib. Sözügedən tədbirdə şirkət yeni Galaxy S21 flaqman smartfon seriyasını təqdim edəcək. Bununla yanaşı şirkətin digər yeni məhsulları da təqdim edəcəyi gözlənilir. Beləliklə şirkət bildirib ki, Galaxy Unpacked 2021 tədbiri 14 yanvar tarixində baş tutacaq. Təqdim olunmuş görüntülərdə həmçinin Galaxy S21-in arxa kamera modulunun görüntüsü də əks olunub. Təqdimat çərçivəsində Galaxy S21, S21+ və S21 Ultra smartfonlarının təqdim olunması gözlənilir. Bununla yanaşı şirkət həmçinin naqilsiz Galaxy Buds Pro qulaqlıqlarını da təqdim edə bilər.

Snapdragon 888-ə sahib ilk smartfon: Xiaomi Mi 11 təqdim olunub

 

Xiaomi şirkəti xüsusi tədbir çərçivəsində yeni flaqman smartfon olan Mi 11-i təqdim edib. Bu smartfon dünyada Snapdragon 888 prosessorunu əldə etmiş ilk smartfon olub. Bununla yanaşı Mi 11 həmçinin yüksək təsvir tezliyinə sahib ekran və keyfiyyətli stereo səsgücləndiricilər əldə edib. Smartfon 3200x1440 pksel keyfiyytli 6.81 düym AMOLED ekrana sahibdir. Ekranın kənarları əyilmiş dizaynda reallaşdırılıb. Bununla yanaşı smartfonun ekranı 120 Hzlik təsvir yenilənməsini dəstəkləyir və Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub.

Ardını oxu...

Zoom 40 dəqiqəlik limitini aradan qaldıracaq

 

Karantin dövründə ən çox qazanan platformalardan olan Zoom yeni il ərəfəsində pulsuz hesablardakı 40 dəqiqəlik məhdudiyyəti də aradan qaldırır. 

Platforma ilə bağlı atılan yeni addımın əsas hədəfi epidemiyaya görə, bir-biri ilə görüşə bilməyənlərin yeni ildə qovuşmasıdır. Zoom-un sözügedən yeniliyi müvəqqəti xarakter daşıyacaq.

Ardını oxu...

Nokia brendi PureBook X14 noutbukunu təqdim edib - QİYMƏTİ

 

11 illik fasilədən sonra Nokia brendi PureBook X14 adlı yeni nəsil noutbuk modelini təqdim edib. Yeni noutbuk alüminium materialdan hazırlanmış gövdə, 14 düym Full HD ekran, 10-cu nəsil Intel Core i5 prosessoru və bir çox giriş əldə edib. Nokia PureBook X14 modeli orta büdcəli noutbuk qismində çıxış edir. O, 10-cu nəsil Intel Core i5-10210 prosessoru əsasında hazırlanıb. Sözügedən prosessorun nüvəsi adi rejimdə 1.6 GHz tezlikdə, TurboBoost rejimində isə 4.2 GHz tezlikdə çalışır.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1699314
Bu gün
Bu həftə
Bu ay
Ümumi
407
1558
32169
1699314
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.