Bazar ertəsi, 21 İyul 2025

Apple yaxın gələcəkdə iPad modellərindən birini qatlana bilən iPhone ilə əvəz edə bilər

 

Daha öncədən internetdə Apple şirkətinin qatlana bilən iPhone modeli üzərində çalışdığı barəsində məlumatlar ortaya çıxmışdı. İndi isə həmin smartfon barəsində yeni təfərrüatlar verilib. Şirkət qatlana bilən iPhone modelini 2022-ci ildə satışa çıxartmağı planlaşdırır. Məlumata əsasən şirkətin yeni məhsulu iPhone ilə iPad mini-ni xatırladacaq bir cihaz olacaq. Buna görə də Apple şirkətinin iPad mini modelini ümumiyyətlə satışdan çıxardacağı gözlənilir.

Ardını oxu...

Samsung-un ilk 5 nanometrlik mobil prosessoru: 8 nüvəli Exynos 1080 prosessoru təqdim olunub

Əvvəlcədən də planlaşdırıldığı kimi Samsung şirkəti Çində Exynos 1080 mobil prosessorunun təqdimatını keçirdib. Təqdim edilmiş yeni prosessor 5 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə ARM-dən olan ən yeni nüvələr ilə qrafikanı birləşdirir. Lakin ən maraqlı fakt ondan ibarətdir ki, Exynos 1080 prosessoru orta səviyyəli prosessor qismində çıxış edir. Exynos 1080-in tərkibinə 2.8 GHz tezlikdə çalışan 4 ədəd Cortex-A78 nüvəsinə, 4 ədəd Cortex-A55 nüvəsinə və 10 nüvəli Mali-G78 qrafik çipinə sahib mərkəzi prosessor daxildir.

Ardını oxu...

Apple yeni MacBook Air, MacBook Pro və Mac Mini kompüterlərini təqdim edib

 

Dünən Apple şirkəti M1 adlı ilk ARM prosessoru ilə yanaşı həmçinin yeni MacBook Air-i, MacBook Pro-nu və Mac Mini-ni təqdim edib. İlk öncə MacBook Air modelindən başlayaq. Şirkətin verdiyi məlumata əsasən yeni MacBook Air modeli Intel prosessorlarına sahib əvvəlki MacBook Air modellərindən 3.5 dəfə daha sürətli çalışır. Bununla yanaşı yeni MacBook Air-in çalışma müddəti də yaxşılaşdırılıb.

Ardını oxu...

5 nanometrlik ilk desktop CPU: Apple şirkəti M1 adlı ilk fərdi ARM prosessoru təqdim edib

 

Apple şirkəti dünən keçirmiş olduğu təqdimat tədbiri çərçivəsində Mac kompüterlərinin tarixində yeni dövrə start verdi. Belə ki, şirkət öz noutbukları üçün nəzərdə tutulmuş ilk fərdi ARM prosessoru təqdim edib. Təqdim olunmuş yeni prosessor iPhone və iPad üçün istehsal olunan prosessorların prinsipi əsasında hazırlanıb. Şirkətin verdiyi məlumata əsasən Apple M1 prosessoru öz sinifində ən güclü prosessordur.

Ardını oxu...

Məşhur analitik iPhone 13 ilə bağlı proqnozlar verib

 

Apple şirkəti hələ keçən ay iPhone 12 smartfon seriyasını təqdim etmişdi. Lakin artıq internetdə iPhone 13 seriyası barəsində məlumatlar gəzməyə başlayıb. Məşhur analitik Ming-Chi Kuo gələn il təqdim olunacaq iPhone 13 barəsində proqnozlar verib. Analitikin sözlərinə əsasən iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq. Bu il təqdim olunmuş iPhone 12 modellərinin adlarını nəzərə alsaq, çox güman ki, gələn ilki iPhone 13 modellərinin adları bu ilkilər ilə eyni olacaq.

Ardını oxu...

       

         Telefon:  (036) 545 69 64

         E-poçt:  info@nmincom.gov.az

         Ünvan:  Naxçıvan şəhəri, AZ 7000, Atatürk 1,

         Naxçıvan Muxtar Respublikası

         İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi

                                                                                         

1699264
Bu gün
Bu həftə
Bu ay
Ümumi
357
1508
32119
1699264
© 2024. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi.